Xəbər verdiyimiz kimi, ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanova yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
Referans Media xəbər verir ki, AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Ada dostları ilə ad günü keçirib. Məclis Bakıda yerləşən "Nar Şarab" restoranında baş tutub. Ad günündə teleaparıcının yaxın dostları, teleaparıcılar, ailə üzvləri iştirak edib.
Mərhum teleaparıcının dünən 31 yaşını qeyd edibmiş. Məclis bitəndən sonra o Lökbatan qəsəbəsi ərazisində yaxını Anar Kərimovun idarə etdiyi "VOYAH" markalı avtomobildə qəzaya düşüb. Nəticədə hər iki şəxs dünyasını dəyişib.
Onu da qeyd edək ki, ADA bir müddət öncə ARB TV-dən ayrılıb. O "Youtube" video platformasında yeni layihəyə hazırlaşmış. "Podkast" layihənin qonaqları məşhur şəxslər olacaqmış, artıq bir neçə məşhurla da çəkilişlər baş tutubmuş.
Ada Süleymanova bu gün dəfn ediləcək.
