image-ariq-caybackend

Qış çayları faydalıdır, yoxsa zərərli?

Soyuq havalarla birlikdə bitki çaylarına maraq artır. Bir çox insan immuniteti gücləndirmək üçün cökə, nanə, limon, alma, darçın, zerdeçal və exinaseya kimi bitkilərdən istifadə edir. Bəziləri evdə olanları qarışdırır, bəziləri isə hazır qarışıqlara üstünlük verir.

Referans Media xəbər verir ki, mütəxəssislər qış çaylarına “hər dərdin dərmanı” kimi baxmağın düzgün olmadığını bildirirlər. Onlar immuniteti dəstəkləyə bilər, amma xəstəliklərin qarşısını almaq və ya müalicə etmək üçün təkbaşına kifayət deyil.

Dəmləmə üsulu vacibdir
Sərt meyvə və kök bitkilər qaynadılmalıdır, bəzi otlar isə sadəcə isti suda dəmlənməlidir. Həddindən artıq qaynatmaq çayın təsirini azalda, acılıq yarada və faydalı maddələrin itməsinə səbəb ola bilər.

Saxlanma şəraiti önəmlidir
İstifadə olunan bitkilər təmiz və keyfiyyətli olmalı, kif və digər zərərli maddələrdən uzaq saxlanmalıdır.

Kimlər ehtiyatlı olmalıdır?
Uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlar, həmçinin xroniki xəstəliyi olub müntəzəm dərman qəbul edən şəxslər bitki çaylarını həkimlə məsləhətləşərək içməlidirlər.

Gündə nə qədər içmək olar?
Mütəxəssislər sağlam yetkin şəxslərə gündə 1–3 fincanla məhdudlaşmağı tövsiyə edir. Həddindən artıq istifadə fayda əvəzinə zərər verə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki