image-iran-pulu1backend

Qonşu ölkədə dollar kəskin bahalaşdı — Azərbaycanda qiymət şoku gözlənilir!

İranda davam edən etirazlar fonunda ölkənin milli valyutası rial avro və dollara qarşı kəskin dəyər itirib.

Bunun Azərbaycan üçün real iqtisadi təsirləri nələr ola bilər?

Referans Media  xəbər verir ki , Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, bu, ilk növbədə İran vətəndaşlarına və sahibkarlarına, xüsusilə də ixracyönümlü olmayan biznes subyektlərinə ciddi zərər vuracaq:

“Bu proses İran iqtisadiyyatı üçün dağıdıcı nəticələr yaradır, sosial rifahın azalmasına səbəb olur və inflyasiyanın hiper səviyyəyə çatmasını sürətləndirir. Lakin rialın ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına birbaşa təsiri yoxdur. Dolayı təsirlər isə minimaldır və mənfi xarakter daşımır. Əksinə, bu, İran məhsullarının Azərbaycara daha ucuz qiymətlərlə daxil olmasına şərait yaradır”.

İqtisadçı bildirib ki, İran məhsullarının əhəmiyyətli hissəsi idxaldan asılı xammal və komponentlər əsasında istehsal olunur:

“Bu isə maya dəyərinin artmasına gətirib çıxarır və ümumi mənzərədə ölkəmiz üçün ciddi qiymət üstünlüyü formalaşdırmır. Ümumilikdə, Bakı-Tehran arasında mövcud olan iqtisadi münasibətlərin strukturu, xüsusilə də ticarət dövriyyəsində ödənişlərin əsasən dollar üzərindən aparılması fonunda, İran valyutasının dəyər itirməsinin Azərbaycana əhəmiyyətli təsir göstərmədiyini və gələcəkdə də göstərməyəcəyini deməyə əsas verir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki