Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh qarşılıqlı etimada əsaslanır.
Referans Media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanda keçirilən “Delfi İqtisadi Forumu” çərçivəsində çıxışı zamanı bildirib.
Regional təhlükəsizlik məsələlərinə toxunan Qriqoryan, Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün vacibliyini vurğulayaraq, bu sülhün institusionallaşdırılması istiqamətində aparılan işləri qeyd edib.
Bu kontekstdə Təhlükəsizlik Şurasının katibi əldə edilmiş sülhün məhz qarşılıqlı etimad üzərində qurulduğuna əminliyini ifadə edib.
Qriqoryan həmçinin kommunikasiyaların açılmasının əhəmiyyətindən danışıb. O, artıq əldə olunmuş razılaşmaların icrası prosesinə və regionda yaranan yeni iqtisadi imkanlara da diqqət çəkib./Musavat.com























