image-ukraynabackend

Quru, hava və dənizdən Ukraynaya böyük hücum

Rusiya Ukraynanın enerji və hərbi obyektlərini bombalayır

“Referans MEDİA”nın Cagdas.az-a istinadən xəbərinə görə, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukraynanın Rus torpaqlarındakı mülki obyektlərə qarşı “terror” hərəkətlərinə cavab olaraq Ukraynadakı enerji və hərbi obyektləri hədəfə alıblar.

Nazirliyin açıqlamasında qeyd olunub ki, Rusiya ordusu Ukraynanın Rusiyadakı mülki obyektlərə təşkil etdiyi hücumlara qarşılıq olaraq gecə ərzində Ukrayna ordusunun istifadə etdiyi enerji infrastrukturu və hərbi sənaye müəssisələrinə intensiv zərbələr endirib.

Sözügedən hücum hipersonik “Kinjal” raketləri də daxil olmaqla, quru, hava və dəniz vasitələrindən uzun mənzilli yüksək dəqiqlikli silahlar və pilotsuz uçan aparatlarla (PUA) həyata keçirilib. Açıqlamada vurğulanır ki, planlaşdırılmış bütün hədəflər məhv edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki