Xəbər verdiyimiz kimi, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev 2020-xi il sentaybrın 6-da azadlığa çıxanda bəzi saytları və jurnalistləri hədələmişdi.
Referans.az xəbər verir ki, belə ki, həmin gün o, jurnalistlərə açıqlamasında belə demişdi:
“Bir sayt var və fotomu verərək adımdan yazıb ki, kefim kökdür. Mən o sayta xəbərdarlıq edirəm. Əgər iki gün ərzində audiosunu yaymasa mən onları tapıb cəzalandıracam. Çünki deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq şərəfsizlikdir”.
Xatırladaq ki, avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb.
Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar.






















