Bakı-Qazax-Gürcüstan avtomobil yolunda sərnişin daşıyan mikroavtobus qəza törədib.
Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə magistral yolun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı bir ailənin üzvləri - 1989-cu il təvəllüdlü Əli Süleymanov, 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova, həmçinin azyaşlılar -7 yaşlı M.Süleymanova və 2 yaşlı Ə.Süleymanov, həmçinin Alim Məmmədov, Elnurə Həsənova, Samirə Məmmədova və Asəf Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları dəqiqləşdirilir.


