Real Madriddə çıxış edən Arda Gülerin komandasına daha bir türk futbolçunun qoşula biləcəyi iddia olunur.
Referans MEDİA-nın məlumatına görə, klub prezidenti Florentino Perez uğursuz keçən mövsümü unutdurmaq üçün 2026-2027 mövsümü öncəsi səs-küylü transferlər planlaşdırır.
La Gazzetta dello Sport nəşrinin yazdığına görə, Perez Yuventusda çıxış edən gənc türk futbolçu Kenan Yıldızı transfer siyahısına daxil edib.
Xəbərdə bildirilir ki, Real Madrid rəhbərliyi yay transfer dönəmində bu keçid üçün rəsmi addımlar ata bilər.
Transfer baş tutacağı halda, Kenan Yıldız və Arda Güler eyni komandada çıxış edən iki türk futbolçu olacaq. İspan mətbuatı bunu “Real Madriddə türk dövrü” kimi qiymətləndirir.
Qeyd edək ki, Real Madrid bu mövsüm həm La Ligada, həm də UEFA Çempionlar Liqasında gözlənilən nəticələri əldə edə bilməyib.
