Müğənni Rəqsanə İsmayılova ilə həyat yoldaşı Fazil Əmiraslanovun boşanması barədə rəsmən addım atılmayıb.
Referans Media xəbər verir ki, bu sözləri Teleqrafa-a Fazil Əmiraslanovun vəkili Ramal Şahmarov deyib.
“Bu haqda hər hansı rəsmi məlumat yoxdur, Fazil Əmiraslanov rəsmən boşanmaq üçün məhkəməyə müraciət etməyib” – vəkil əlavə edib.
Qeyd edək ki, Rəqsanə İsmayılova ötən gün teleproqramların birində “Sizi bilmirəm, mən sevməyə son qoymuşan. Fazillə hər şey bitib”, – deyə açıqlama yayıb.
Xatırladaq ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.
Qızı Aysun onun borcunun 100 min manatını ödədikdən sonra ifaçı ev dustaqlığına buraxılıb.






















