Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU backend

Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU 

  Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Rövşən Nəbiyev Gəncə Regional Mərkəzinin rəisi təyin olunub.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl FHN-nin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq, Bakı Regional Mərkəzinin rəisi təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki