Marco Rubio İranla aparılan danışıqlarda müəyyən irəliləyiş olduğunu açıqlayıb. O bildirib ki, müzakirələr müsbət istiqamətdə davam etsə də, İranın Hörmüz boğazında ödənişli keçid sistemi yaratmaq cəhdi qəbul edilə bilməz.
Rubio İsveçdə keçirilən NATO xarici işlər nazirlərinin toplantısında jurnalistlərə açıqlamasında qeyd edib ki, İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək və uranın zənginləşdirilməsi məsələsi əsas müzakirə mövzularından biridir.
ABŞ rəsmisi vurğulayıb ki, Hörmüz boğazında belə bir sistemin tətbiqi beynəlxalq hüquqa ziddir və bu, digər ölkələr üçün də təhlükəli presedent yarada bilər.
