Rusiya Ermənistandan idxalı dayandırdı, bu məhsulu Azərbaycandan alacaq

“Ermənistandan ərik idxalının dayandırılmasından sonra bu məhsul  Türkiyə, Özbəkistan və Tacikistandan alınanlarla əvəz edilə bilər. Şirin albalı isə Özbəkistan, Azərbaycan, Türkiyə və Moldovadan gətirilən məhsullarla kompensasiya oluna bilər”.

Referans Media  xəbər verir ki, bunu “Rusprodsoyuz”un İdarə Heyətinin sədr müavini Dmitri Leonov deyib.

Lenov bildirib ki, idxalçılar alternativ ölkələrdən tədarükü artıra biləcəklər, çünki mövcud logistika sistemləri müxtəlif mənbələr arasında sürətli keçidə uyğunlaşdırılıb:

“Ermənistan üzümü Türkiyə, Özbəkistan, Misir, Hindistan və Çindən, albalı Serbiya və Moldovadan, nektarin Türkiyə, Özbəkistan, Misir, Hindistan və Çindən, şaftalı isə Türkiyə, Azərbaycan, Özbəkistan və Gürcüstandan əvəz edilə bilər. Ermənistan meyvələri Rusiya idxalında kiçik paya malikdir və buna görə də məhdudiyyətlər ümumi tədarük həcminə ciddi təsir göstərməyəcək. Rusiya meyvə-tərəvəz bazarı yüksək diversifikasiya olunub və bu da istənilən dəyişikliklərə tez uyğunlaşmağa imkan verir”.

Qeyd edək ki, “Rosselxoznadzor” 2026-cı il iyunun 2-dən etibarən Ermənistandan albalı, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcəyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki