image-rusiya-natobackend

Rusiya ilə birbaşa toqquşma ssenarisi: NÜVƏ MÜHARİBƏSİ BAŞLAYIR?

Böyük Britaniya və NATO-ya üzv ölkələr beynəlxalq sularda Rusiya yük gəmilərini ələ keçirməyi nəzərdən keçirirlər və bu addımlar Rusiya ilə birbaşa hərbi qarşıdurmaya, hətta nüvə müharibəsinə səbəb ola bilər.

Referans Media xəbər verir ki, bu barədə “Responsible Statecraft” (RS) nəşri xəbərdarlıq edib.

Məqalədə bildirilir ki, ABŞ-ın Venesuela nefti daşıyan gəmiləri müsadirə etməsindən ilhamlanan NATO ölkələri oxşar ssenarini öz qüvvələri ilə həyata keçirməyi planlaşdırırlar. Bu dəfə isə hədəfin Rusiya yükü daşıyan gəmilər olduğu vurğulanır.

Nəşrin qiymətləndirməsinə görə, belə bir addım NATO ilə Rusiya arasında birbaşa toqquşma riskini ciddi şəkildə artırır və nəticədə nüvə eskalasiyası ehtimalı yarana bilər.

Qeyd olunur ki, daha əvvəl Böyük Britaniya hakimiyyəti Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən tankerlərin saxlanılması və müsadirəsi üçün hüquqi əsaslar tapdığını açıqlayıb.

Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki