Rusiya səfiri Norveç XİN-ə çağırıldı – SƏBƏB

  Sentyabrın 10-a keçən gecə Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra Norveç Xarici İşlər Nazirliyi Rusiya səfiri Nikolay Korçunovu quruma çağırıb.

Bu barədə Norveç XİN-in mətbuat xidməti məlumat yayıb.

“Norveç Xarici İşlər Nazirliyi Rusiyanın Polşanın hava məkanını sentyabrın 10-na keçən gecə pozmasından sonra Rusiya səfiri ilə danışıqlar aparıb. Görüş zamanı XİN Rusiyanın hərəkətlərinin məsuliyyətsiz və qəbuledilməz olduğunu vurğulayıb”, – məlumatda deyilir.

Eyni zamanda, Norveç də müttəfiqləri kimi Polşaya tam dəstəyini ifadə edib./globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki