Rusiya Ukrayna mərkəzinə ballistik raket zərbəsi endirdi: Gecə partlayışları…

Rusiya, gecə yarısı Ukraynanın paytaxtı Kiyev və Odessa şəhərlərinə hava zərbələri endirib. Gecə boyunca hər iki şəhərdə ard-arda partlayışlar baş verib, Ukrayna Hava Qüvvələri isə təhlükəsizlik xəbərdarlıqları yayıb.

Referans Media xəbər verir ki, Kiyev şəhər başçısı Vitali Kliçko, Rusiya qüvvələrinin kritik infrastrukturu hədəf aldığını bildirərək vətəndaşları sığınacaqlarda qalmağa çağırıb.

Ukrayna Dövlət Fövqəladə Xidmətləri hücumlar nəticəsində 13 nəfərin yaralandığını açıqlayıb.

Rusiya, Ukraynaya aid 106 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.

Odessa Şəhər Hərbi İdarəsinin rəhbəri Serhii Lysak, gecə hücumları nəticəsində mülki və kritik infrastrukturun zədələndiyini, həmçinin ticarət obyektlərinin ciddi şəkildə zərər gördüyünü açıqlayıb.

Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba bildirir ki, təxminən 300 min nəfər elektrik və su təminatından məhrum qalıb.

Ukraynanın ən böyük özəl enerji şirkətlərindən DTEK, Rusiyanın gecə saatlarında şirkətə aid termik elektrik stansiyasına hücum etdiyini və avadanlıqlara ciddi zərər dəydiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandıraraq bildirdi ki, Rusiya razılıq verərsə, müharibənin bu ilin yayına qədər sona çatdırılması mümkündür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki