Referans Media xəbər verir ki, medianın məlumatına görə, hadisə intihar kimi qiymətləndirilir. Ölənlərin geyim və alt paltarı satışı ilə məşğul olan sahibkarlar – Vasif və Aygün olduğu bildirilir. Onlar əvvəllər Xantı-Mansi Muxtar Dairəsində biznes fəaliyyəti göstəriblər, daha sonra isə Moskvaya köçərək yaşadıqları əraziyə yaxın mağaza açıblar.
Faciə zamanı cütlüyün beşyaşlı övladı mənzildə olub və hadisənin şahidi olub. Hazırda psixoloqlar uşaqla işləyirlər. Ailənin ümumilikdə üç övladının olduğu qeyd edilir.
Hadisənin dəqiq səbəbləri hələlik açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır. (Globalinfo)






















