Rusiyada miqrantlar ayağa qalxdı: Polis kütləvi həbslərə başladıbackend

Rusiyada miqrantlar ayağa qalxdı: Polis kütləvi həbslərə başladı

  Rusiyanın Perm şəhərində miqrantların iştirakı ilə iğtişaşlar baş verib.

Referans  xəbər verir ki, hadisə nəticəsində əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub.

Məlumata görə, insident şəhərin Novıy Krım mikrorayonunda, barıt zavodunun əməkdaşları arasında yaranıb. Əraziyə hüquq-mühafizə orqanları ilə

yanaşı, bir sıra ictimai hərəkatların nümayəndələri də gəlib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə yol boyu düzülmüş polis maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşlarının insanlarla söhbət

etdikləri əks olunub.

Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, hadisə yerində xarici ölkə vətəndaşlarının kütləvi saxlanılması həyata keçirilib. Miqrasiya qanunvericiliyinin

pozulması halları aşkar olunduğu halda, həmin şəxslərin deportasiyası nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki