Rusiya, Ukraynada NATO hərbi birləşmələrinin yerləşdirilməsinə heç vaxt icazə verməyəcəyini bildirib.
“Referans MEDİA” “Haber Global”a istinadən bildirir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABC News telekanalına müsahibəsində ABŞ prezidenti Donald Trampın Ukraynada sülhün təmin olunması ilə bağlı planını dəyərləndirib.
Ryabkov bildirib ki, ABŞ və Kiyev nümayəndə heyətləri arasında aparılan son danışıqların nəticələri ilə bağlı ətraflı məlumata malik deyil və Vaşinqtondan əlavə izahat gözləyirlər.
“Lakin bir məsələ qətidir: Ukrayna ərazisində NATO qoşunlarının yerləşdirilməsinə və ya hər hansı formada mövcudluğuna biz heç vaxt razılıq verməyəcəyik və belə bir sənədi imzalamayacağıq”, — deyə Ryabkov vurğulayıb.
