Rusiyadan üç ölkəyə SENSASİON XƏBƏRDARLIQ

Rusiya Baltikyanı ölkələrdə rusların hüquqlarının pozulduğunu iddia edərək Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsinə müraciət edəcəyini açıqlayıb.

Referans Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Latviya, Litva və Estoniyaya beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb olunmaları ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.

“Bu davam edən pozuntularla əlaqədar Latviya, Litva və Estoniyanı dəfələrlə beynəlxalq məsuliyyətə çağırmışıq”, – deyə Rusiya XİN-in açıqlamasında bildirilir.
 

Nazirlikdən vurğulanıb ki, problemin sülh yolu ilə həlli istiqamətində bütün cəhdlər nəticəsiz qaldığı üçün məsələni Beynəlxalq Məhkəməyə çıxarmaq qərarı verilib.

Xatırladaq ki, ötən həftə Rusiya Federasiya Şurası ölkə prezidentinə xaricdə silahlı qüvvələrdən istifadə səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanunu təsdiqləyib. Sənədə əsasən, Vladimir Putin xaricdə həbs olunma, saxlanılma və ya cinayət təqibi halında “Rusiya vətəndaşlarını qorumaq” üçün ordudan istifadə edə biləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki