Rusiyalı sabiq nazir həbs olundubackend

Rusiyalı sabiq nazir həbs olundu

  Voronej Mərkəzi Rayon Məhkəməsi vilayətin keçmiş sahibkarlıq, ticarət və turizm naziri Gennadi Şvırkov barəsində həbs-qətimkan tədbiri seçib.

Bu barədə “TASS” məlumat yayıb.

Məhkəmənin mətbuat xidmətinin açıqlamasına əsasən, Şvırkov 2025-ci il avqustun 9-dək həbsdə qalacaq. O, xüsusilə böyük miqyasda dələduzluqda ittiham olunur.

Qeyd edək ki, iyulun 9-da Şvırkovun saxlanıldığı barədə məlumat yayılmışdı. Jurnalistlər onun Semilukski Rayon Administrasiyasına rəhbərlik etdiyi dövrdəki fəaliyyətinin bu cinayət işinə səbəb olduğunu ehtimal edirdilər./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki