Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak məqsədilə Türkiyədə səfərdədirlər.
Referans Media xəbər verir ki, bu barədə İshaq Dar “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Səmimi qarşılama və türk qonaqpərvərliyinə görə minnətdarıq”, – nazir bildirib.
Pakistanın xarici işlər naziri qeyd edib ki, ADF çərçivəsində maraqlı görüşlər gözlənilir: “Panel müzakirələri, həmkarlarla görüşlər və əsas regional, qlobal problemlər üzrə konstruktiv fikir mübadiləsi ilə dolu bir proqramımız var”.
Pleased to arrive in the brotherly country of Türkiye, along with Prime Minister @CMShehbaz for the #AntalyaDiplomacyForum @AntalyaDF.
Grateful for the warm welcome and Turkish hospitality.
Looking forward to a meaningful engagements in this beautiful city. We have a full… pic.twitter.com/JiL6HKapo6
— Ishaq Dar (@MIshaqDar50) April 16, 2026























