image-sahil-babayev_kimdirbackend

Sahil Babayev islahatlara BAŞLADI: Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

Referans Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

Nazirliyin Şimal bölgəsində – Qusar şəhərində Quba-Xaçmaz Regional Maliyyə idarəsi yaradılıb.

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilati işlər görülür.

Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki