backend

Şahramanyan bu 4 məsələyə görə dindirilir

Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsi tərəfindən dindirilir.

Referans Media  xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan bildirib.

Vəkilin sözlərinə görə, cinayət işi Samvel Babayanın hesabatı əsasında başlanıb:

“Samvel Şahramanyan İstintaq Komitəsindədir və Qarabağda baş vermiş 44 günlük müharibə, “artsax”ın süqutu, eləcə də “artsax”ın informasiya qərargahında səsləndirilmiş və Ermənistan Respublikasının maraqlarına zərər vurmuş bəyanatlarla bağlı aparılan cinayət işi çərçivəsində dindirilmək üçün çağırılıb”./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki