Adıyamanın Gölbaşı rayonunda doldurulmaqda olan mobil telefonun batareyası yüksək səslə partlayıb və bu, qrupları hərəkətə keçməyə vadar edib.
Referans MEDİA xəbər verir ki, hadisə gecə saatlarında Adıyamanın Gölbaşı səmtində baş verib. Bir sakinin telefonu doldurularkən yüksək səslə partlayıb. Xəbərdarlıq üzərinə hadisə yerinə jandarma, xilasetmə qrupları göndərilib. Hadisə yerinə gələn qruplar təhlükəsizlik tədbirləri görərək, ərazidə araşdırma başladıb.
Partlayış nəticəsində xəsarət alan olmadığı bildirilib.
