ABŞ və İsrailin İran əməliyyatları və Hürmüz Boğazı yaxınlığında ən az üç gəminin hücuma məruz qalması dünya enerji bazarlarını sarsıdıb. Brent nefti qısa müddət ərzində %10 artaraq 76,16 dollara yüksəlib, qızıl isə təhlükəsiz liman tələbiylə %1,4 artaraq 5.350 dollara çatıb.
Referans Media xəbər verir ki, İngiltərə Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) bildirib ki, iki gəmi vurulub, üçüncü gəmi yaxınlıqda bilinməyən partlayış baş verib. İran əvvəllər bu strateji boğazdan yük daşınmasının təhlükəli olduğunu xəbərdarlıq etmişdi. Bölgədə riskin artması ilə gəmi sığortaları bahalaşıb və dəniz nəqliyyatında ciddi yavaşlama müşahidə olunub.
Gərginlik fonunda investorlar təhlükəsiz limanlara yönəlib. Qızılın qiyməti %1,4 artaraq 5.350 dollar olub. “MST Research”un enerji araşdırmaları rəhbəri Saul Kavonic bildirib ki, “Bazar panik etməyib, neft daşımaları və infrastruktur hələlik birbaşa hədəf deyil.”
OPEC+ ölkələri (Səudiyyə Ərəbistanı, Rusiya və başqaları) neft qiymətlərinin artmasını yüngülləşdirmək üçün gündəlik istehsalı 206 min barel artırmaq qərarı alıb. Lakin mütəxəssislər bunun qiymətləri tam tarazlamayacağını bildirir.
İngiltərə Avtomobil Assosiasiyası başçısı Edmund King deyib ki, neftin yüksəlməsi benzin qiymətlərinə də təsir göstərəcək, artımın həcmi isə münaqişələrin davametmə müddətindən asılı olacaq.
Bütün bu amillər göstərir ki, Hörmüz Boğazı və regiondakı hərbi gərginlik yaxın günlərdə də enerji bazarlarında qeyri-müəyyənliyi davam etdirəcək.























