Şəkidə vəzifəli şəxs işdən çıxarıldı

Şəki Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi işdən çıxarılıb.

Referans Media xəbər verir ki, bu barədə icra başçısı Elxan Usubov əmr imzalayıb.

Onun əmri ilə icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Eldar Əlyəsər oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, E.Məmmədov tanınmış həkim-uroloq Məmməd Məmmədovun qardaşıdır. /Oxu.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki