image-vizabackend

Şengen vizasında yeni dövr: Möhür vurulmayacaq

Avropa İttifaqı (Aİ) Şengen zonasında təhlükəsizliyi gücləndirmək və sərhəd keçidlərini sürətləndirmək məqsədilə inqilabi addım atıb.

 

Referans Media xəbər verir ki, bu gündən etibarən Şengen bölgəsinin 29 ölkəsində rəqəmsal Giriş-Çıxış Sistemi (EES) tam gücü ilə fəaliyyətə başlayıb.

 

Yeni qaydalara əsasən, pasportlara əllə möhür vurulması praktikası tarixə qovuşur. Artıq bütün giriş-çıxışlar elektron qaydada qeydiyyata alınacaq.

Yeni sistem Şengen zonasına daxil olan və Aİ üzvü olmayan bütün ölkələrin vətəndaşlarını əhatə edir.

 

Qaydalara görə:

180 gün ərzində maksimum 90 gün qalma müddəti dəyişməz qalır.
Sistemi aldatmaq mümkün olmayacaq; müddəti keçən şəxslər dərhal rəqəmsal bazada aşkar ediləcək.
EES qeydiyyatı 3 il müddətində etibarlı olacaq.
Səyahətçilər artıq hava limanlarında quraşdırılmış xüsusi köşklərdən (kiosklar) istifadə edəcəklər.

 

Bu köşklərdə:

Pasportlar skan ediləcək.
Barmaq izləri və üz fotoşəkilləri (biometrik məlumatlar) alınacaq.
Yaşayış yeri və maliyyə təminatı ilə bağlı suallar cavablandırılacaq.
Biometrik məlumatları verməkdən imtina edən şəxslərin Şengen zonasına girişinə icazə verilməyəcək. Yalnız 12 yaşdan kiçik uşaqlardan barmaq izi tələb olunmayacaq./Sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki