SEPAH-dan etiraf: Onlar da öldürüldü, cavab verəcəyik!

SEPAH Qəzzaya endirilən hava zərbələri nəticəsində iki HƏMAS komandirinin öldürülməsindən sonra sərt bəyanat yayıb.

Referans Media xəbər verir ki, bu barədə İran mediası yazıb.

Bildirilib ki, İsrail dövləti aradan qalxmayana qədər bölgədə sabitlik olmayacaq.

SEPAH həmçinin ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi sülh çağırışlarını tənqid edərək, bunu “qətl və zorakılıq siyasəti” kimi qiymətləndirib.

Bəyanatda vurğulanıb ki, HƏMAS komandirlərinin öldürülməsi müqaviməti zəiflətməyəcək və “Fələstin və Qüds uğrunda mübarizənin” davam etməsinə səbəb olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki