İsrail SEPAH komandirlərinin məhv edildiyini açıqlayıb.
Referans Media “Cebheinfo.az” istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri SEPAH-ın önəmli hərbiçilərini məhv etdiyini bildirib.
Məlumata görə, Beyrutda keçirilən əməliyyat zamanı şəhərdə yerləşən və komandanların gizləndiyi mülki hoteli hədəf alınıb və İran və “Hizbullah”la əlaqəli bir neçə yüksək rütbəli şəxsin öldürülüb.
Qeyd olunur ki, əməliyyat nəticəsində Məcid Həsəni, Əlirza Biazər və Əhməd Rəsuli zərərsizləşdirilib.
Qeyd edək ki, Məcid Həsəni “Hizbullah” üçün maliyyələşdirmə və silah istehsalına cavabdeh şəxs, Əlirza Biazər SEPAH-ın Qüds qanadının kəşfiyyat şöbəsinin rəhbəri, Əhməd Rəsuli isə Fələstin Korpusunun kəşfiyyat zabiti olub.
İsrail Müdafiə Nazirliyi, həmçinin bildirib ki, hücum zamanı kəşfiyyat zabiti Hüseyn Əhmədlu və “Hizbullah” nümayəndəsi Əbu Məhəmməd Əli də öldürülüb.























