Sərhəddə hazırlıq başladı, qərar verildi – Rusiyanı narahat edən həmləbackend

Sərhəddə hazırlıq başladı, qərar verildi – Rusiyanı narahat edən həmlə

  Estoniya Rusiya ilə sərhəddə metal çəpərlər çəkməyə başlayıb. Bu addımın miqrant axınının qarşısını almaq məqsədi daşığı bildirilib. Maraqlıdır

ki, paralel olaraq NATO-nun bu ölkədə Almaniya-Hollandiya birgə korpusunu yerləşdirəcəyinə dair məlumatlar yayılıb.

Hər iki məsələsinin Rusiyadan Estoniyaya qarşı mümkün hərbi müdaxilə ehtimallarının səsləndirildiyi bir zamanda gündəmə gəlməsi

narahatlıqları artırıb.

Moskva mövcud şəraitdə daha bir postsovet ölkəsi olan Estoniyaya münasibətdə necə bir addım atacaq? Ümumiyyətlə, Rusiya hansı hallarda

sərhədində yerləşən bir NATO ölkəsinə hərbi müdaxilə etməyə cəhd göstərə bilər?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, Rusiyanın Estoniyaya hər müdaxilə ehtimalı hazırda real görünmür:

“Nəzəri baxımdan, bu mövzuda müəyyən ehtimallar səsləndirmək olar. Lakin hazırkı praktiki planda istər güclü, istər zəif olsun, Rusiya heç bir

NATO ölkəsinə hücum edə bilməz. Belə bir addım birbaşa NATO-ya qarşı hərbi təcavüz sayılacaq və Alyansın nizamnaməsinin 5-ci maddəsi dərhal

qüvvəyə minəcək. Bu isə Rusiya ilə NATO arasında genişmiqyaslı müharibənin başlanmasına səbəb ola bilər.

Hazırda Rusiya Ukraynada bataqlıqda ilişib qalıb. Belə bir durumda NATO ilə müharibəyə başlamaq üçün nə hərbi, nə maliyyə, nə də texniki resurslara malikdir. Ona görə də Estoniyada sərhədin möhkəmləndirilməsi və NATO qüvvələrinin yerləşdirilməsi kimi atılan addımlar sadəcə qabaqlayıcı tədbirlərdir. Məqsəd odur ki, Kreml mümkün hərbi ssenarini heç gündəminə belə gətirməsin”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki