Sevgi, hədiyyə, barışıq – Astroloq “3 gün davam edəcək” deyərək xəbərdarlıq etdibackend

Sevgi, hədiyyə, barışıq – Astroloq “3 gün davam edəcək” deyərək xəbərdarlıq etdi

  Astroloq Dinçer Güner Merkuri və Veneranın sekstil bucaqda birləşməsinin 3 gün ərzində davam edəcəyini və bu müddətin sevgi, sülh və yaradıcılıq baxımından çox əlverişli olacağını bildirib.

Referans xəbər verir ki, astroloq planetlərin bu uyğunluğunun insanlara emosional baxımdan müsbət təsir edəcəyini, sevgi etirafları və sürpriz görüşlərin yaşana biləcəyini vurğulayıb.

Bu günlərdə barışıq mesajları, iltifatlı danışıqlar, hədiyyələr almaq və vermək, yaradıcılıq fəaliyyətləri, yeni sevgi münasibətlərinin başlanğıcı, eləcə də köhnə münasibətlərin canlanması mümkün ola bilər.

Eyni zamanda, Güner Saturnun 29 noyabra qədər retro hərəkətdə olmasına da diqqət çəkərək bildirib ki, bu dövr “özünü aldadan və ya məsuliyyətsiz davrananlar üçün karmik bir sınaq” ola bilər.

Astroloqa görə, qarşıdakı 3 gün duyğulara, sənətə, ünsiyyətə və insan münasibətlərinə yönəlmək üçün ideal fürsətdir.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki