“Şəxsiyyət vəsiqələrinin statusu ilə bağlı məlumatların avtomatlaşdırılmış inteqrasiyası ötən il təmin edilib”.
Referans Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, bu yenilik sayəsində bəzi ödənişlərin həyata keçirilməsi daha rahat olub:
“Bu sistemin tətbiqi nəticəsində deaktiv olan şəxsiyyət vəsiqələrinə görə sosial ödənişlər, pensiyalar və Prezident təqaüdləri avtomatik dayandırılır. Eyni zamanda, həmin sənədlər aktiv statusa keçdikdə vətəndaşların əvvəllər olduğu kimi DOST Mərkəzlərinə və DSMF-nin qəbul mərkəzlərinə müraciət etməsinə ehtiyac qalmadan ödənişlərin avtomatik bərpası təmin edilir”.






















