Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) iki rəhbər orqanına – BTİ Şurasına və Radio Tənzimləmə Komitəsinə seçkilər Dohada başa çatıb.
Referans Media xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bu münasibətlə X hesabında paylaşım edib.
O, hər iki orqana üzv seçilən ölkələri, xüsusilə region dövlətlərini – Azərbaycan, Bolqarıstan, Polşa, Çexiya, Rumıniya və Qazaxıstanı təbrik edib.
Sibiqa yeni üzvlərə qlobal telekommunikasiya sektorunun inkişafı istiqamətində səmərəli fəaliyyət və əhəmiyyətli nəticələr arzulayıb./Globalinfo.az
