Şimali Koreya son dövrlərdə İran-ABŞ/İsrail münaqişəsində gözlənilməz bir mövqe nümayiş etdirib.
Referans Media Yonhap agentliyinə istinadən xəbər verir ki, Pxenyan rəhbərliyi İrana heç bir silah və ya maddi yardım göndərməyib. Eyni zamanda, Xameneinin ölümü ilə bağlı başsağlığı vermədiyi və ya Xameneinin oğluna təbrik mesajı göndərmədiyi iddia edilir.
Ekspertlər hesab edirlər ki, bu addımlar Şimali Koreyanın ABŞ ilə diplomatiya üçün şərait yaratmaq məqsədilə atdığı manevrlər ola bilər. Bu məlumatı Cənub Koreyalı siyasətçilər və kəşfiyyat mənbələri də təsdiqləyib.
Cənub Koreya Baş naziri Kim Min-sok, 13 mart tarixində ABŞ Prezidenti Donald Tramp ilə görüş zamanı, Kim Çen İnin dialoq qurmaq istəyə biləcəyini qeyd edib. Əvvəlki görüşlər isə 2018-ci ildə Sinqapurda, 2019-cu ildə Hanoy və Panmunjomda baş tutub.
Şimali Koreyanın bu susqunluğu və diplomatik manevrləri regionda və qlobal siyasətdə yeni balansların işarəsi kimi qiymətləndirilir.























