Türkiyə Dövlət Meteorologiya Xidməti Türkiyənin bir çox bölgəsi üçün güclü yağış xəbərdarlığı yayıb.
Referans Media xəbər verir ki, son hava proqnozlarına əsasən, ölkənin böyük hissəsində leysan və şimşək çaxması ilə müşayiət olunan yağışlar gözlənilir.
Məlumata görə, Mərmərənin şərqi, Qara dəniz bölgəsi, Şərqi Anadolu Bölgəsi, Mərkəzi Anadolu Bölgəsinin şimal və şərq hissələri, eləcə də Aralıq dənizi regionunun şərqində güclü yağışların təsirli olacağı bildirilir.
Sinoptiklərin məlumatına əsasən, yağıntıların xüsusilə saat 12:00-dan sonra güclənəcəyi gözlənilir.
Xəbərdarlıq edilən şəhərlər arasında İstanbul, Ankara, Trabzon, Samsun, Ərzurum, Van, Diyarbakır və digər şəhərlər də yer alıb.
Meteorologiya qurumu xüsusilə Şimal-Şərqi Anadolu bölgəsində gözlənilən lokal güclü yağışlarla əlaqədar vətəndaşları diqqətli və ehtiyatlı olmağa çağırıb.
