Sinqapurda təziq edən oğlan şagirdlərə çubuq cəzası tətbiq olunacaq

Sinqapurda, o cümlədən təziq edən oğlan şagirdlər üçün yeni qaydalara əsasən “son çarə” kimi çubuq cəzası tətbiq edilə bilər. Parlamentdə müzakirə olunan qərara görə, şagirdlərə maksimum üç zərbə vurula bilər.

Təhsil naziri Desmond Lee bildirib ki, bu cəza yalnız digər tədbirlər yetərsiz olduqda tətbiq olunacaq və məktəb rəhbərliyinin təsdiqi ilə həyata keçiriləcək. Qayda yalnız 9 yaşdan yuxarı oğlanlara şamil edilir, qızlara isə fərqli intizam tədbirləri tətbiq olunacaq.

Yeni qərar son dövrdə baş verən zorbalıq hadisələrindən sonra qəbul edilib. Bununla belə, UNICEFÜmumdünya Səhiyyə Təşkilatı kimi qurumlar uşaqlara fiziki cəzanın zərərli olduğunu bildirərək buna qarşı çıxır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki