Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşdü – FOTO

  Siyəzən rayon sakini, 2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşir oğlu avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Referans-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, şəkildə gördüyünüz şəxsi tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə və ya Siyəzən Rayon Polis Şöbəsinin “+994 23 304 02 21”, “+994 50 663 43 99” nömrələrinə məlumat vermələri xahiş olunur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki