Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Rusiya prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında aparılan danışıqları davamlı sülhə doğru atılmış bir addım adlandırıb.
“Referans MEDİA” bildirir ki, Leonid Slutskinin sözlərinə görə, Cared Kuşnerin də iştirak etdiyi görüş Ukraynadakı münaqişənin həlli yollarını ətraflı müzakirə etmək imkanı verib.
Slutski qeyd edib ki, Qarşılıqlı güzəştlər əsasında razılaşmanın yolları axtarlır. Rusiya tərəfi isə milli maraqların, suverenliyin, rusların hüquqlarının və sərhəd təhlükəsizliyinin müdafiəsi məsələsi üzərində qətiyyətli mövqe sərgiləyir.
