ŞOK XƏBƏR: Zelenskinin tərcüməçisi Putinə işləyirmişbackend

ŞOK XƏBƏR: Zelenskinin tərcüməçisi Putinə işləyirmiş

Avropa Komissiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak etdiyi görüşün tərcüməçisini casusluq şübhəsi ilə müvəqqəti olaraq kənarlaşdırıb.

Referans xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.

Avropa Komissiyasında çalışan tərcüməçi 2024-cü ilin dekabrında yüksəksəviyyəli tədbir zamanı qadağan olunmuş qeydlər aparmaqda ittiham edilib. Nəticədə araşdırma başladılıb və materiallar işdə Rusiya izinin müəyyən edilməsi üçün Belçika hakimiyyətinə təhvil verilib.

“Nizamnaməyə görə, qadağan olunan qeydlərin aparılması ilə bağlı insidentlər 19 dekabr 2024-cü il tarixində keçirilən görüş zamanı baş verib”, ‒ Avropa Komissiyasından bildirilib.

Tərcüməçinin sənədləri və avadanlığı müsadirə edilib, akkreditasiyası ləğv edilib və Avropa Komissiyasının binasına girişi qadağan edilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki