Britaniyalı ekspertlər ölkənin sualtı infrastrukturu ilə bağlı milli təhlükəsizliyə artan təhlükə barədə xəbərdarlıq edirlər.
Referans.az xəbər verir ki, Sky News-un məlumatına görə, Rusiya Böyük Britaniyanı Avropa ilə birləşdirən kritik kabellərin yerləşdiyi yerin “olduqca dəqiq xəritəsi”nə malikdir.
Rusiyaya məxsus “Yantar” tədqiqat gəmisinin Britaniya sularında Britaniya hərbi gəmisinin müşayiəti ilə görünməsi xüsusi narahatlıq yaradıb.
Britaniya Müdafiə naziri Con Hilinin sözlərinə görə, gəmi Rusiya kəşfiyyatı tərəfindən sualtı infrastruktura dair məlumatların toplanması üçün istifadə olunur.
