Şok xəbərdarlıq: Zəlzələ dalğası bu bölgəyə doğru gəlir! 

Zəlzələdən sonra türkiyəli məşhur seysmoloq, professor Naci Görür rəsmi X (keçmiş Twitter) hesabından bölgə ilə bağlı önəmli açıqlama verib. O bildirib ki, son vaxtlar Karakoca, Yemişli və Eğriler ərazilərində 4 bal ətrafında bir neçə zəlzələ baş verib. Son zəlzələ isə Eğriler-Simav arasında qeydə alınıb.

“Bu zəlzələlər Naşa Fay Zonasına və ya onunla KB-GD istiqamətində birləşən digər fay üzərində baş verir. Bu isə bölgədə K-G (kuzey-güney) istiqamətində bir gərginlik olduğunu göstərir”, – o qeyd edib.

Zəlzələyə davamlı yaşayış yerləri tələb edilməlidir

O, bölgədəki aktiv fay xətləri səbəbilə bu kimi təkanların davam edə biləcəyini vurğulayıb və yerli hakimiyyəti zəlzələ təhlükəsinə qarşı planlı və ciddi addımlar atmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki