Dünya, sözün həqiqi mənasında istidən qovrulur.
Referans xəbər verir ki, son 24 saatda ən yüksək temperatur Küveytin paytaxtı Küveyt şəhərində qeydə alınıb – 50,7 dərəcə.
İkinci yerdə 50 dərəcə ilə İranın Omidyar şəhəri, üçüncü yerdə 49,1 dərəcə ilə İraqın Bəsrə şəhəri, dördüncü yerdə isə Səudiyyə Ərəbistanının Əl-Əhsa şəhəridir – 48,6 dərəcə.
Sonrakı dörd yerdə isə Azərbaycanın qonşusu İranın şəhərləri qərarlaşıb: Abadan – 48,6 dərəcə, Əhvaz – 48,6 dərəcə, Dezful – 48,6 dərəcə və Fav – 48,6 dərəcə.
Beləliklə son 24 saat ərzində dünyanın ən isti səkkiz şəhərindən 5-i qonşu İranda olub.//Publika.az