image-7ab51cc420e93aeb72d4baa958a0f757backend

SON DƏQİQƏ: ABŞ və İsrailə qarşı CİHAD ELAN EDİLDİ

İranda ABŞ və İsrailə qarşı cihada (müqəddəs müharibəyə) çağırış edilib.

Referans Media xəbər verir ki, ölkənin ali dini lideri Əli Xameneinin öldürülməsindən sonra nüfuzlu şiə ilahiyyatçısı Nasir Məkarim Şirazi bəyanatla çıxış edib.

Ayətullah Şirazi fətva verərək Xameneinin həlak olmasını “təcili cavab tədbirləri” üçün əsas adlandırıb.

Onun sözlərinə görə, bu addım dini borcdur və buna uyğun davranmaq vacibdir.

Xatırladaq ki, İranın ali lideri Əli Xamenei dünən iqamətgahında İsrail və ABŞ-nin hücumu nəticəsində həlak olub./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki