Məşhur cütlük Fahriye Evcen və Burak Özçivit son paylaşımları ilə boşanma xəbərlərini təkzib ediblər.
Referans xarici mediaya istinadən xəbər verir ki, 2016-cı ildə ailə quran və iki uşaq sahibi olan Fahriye Evcen və Burak Özçivit hazırda boşanma iddiaları ilə gündəmdədir.
Fahriye Evcen bir müddət əvvəl sosial media hesabından “Özçivit” soyadını silməklə diqqət çəkib.
İddialardan sonra Özçivit soyadını yenidən İnstaqram hesabına əlavə edən gözəl aktrisadan yeni addım gəlib.
“BOŞANMA YOXDUR” POZU VERDİLƏR
Sosial media hesabında hekayə paylaşan Evcen həyat yoldaşı Burak Özçivitlə romantik fotonu hekayə bölməsində bölüşüb. Cütlük bununla boşanma xəbərlərini təkzib edib.
Fransanın turistik şəhərləri Kolmar və Strasburqda istirahət edən cütlük ikinci bal ayını dincəlməklə keçirib. Özçivit tətildən xoşbəxt anlarını izləyiciləri ilə bölüşüb.
Həmin fotonu təqdim edirik: