image-iran-1-900x506-2backend

SON DƏQİQƏ! İran atəşkəsin uzadılmasını RƏDD ETDİ

“İran atəşkəsin uzadılmasını rədd edir”.

Referans Media  xəbər verir ki, bu barədə “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfüqari qeyd edib.

O bildirib ki, ölkə Hörmüz boğazı üzərində nəzarəti bütün hüquqları təmin olunana qədər qoruyacaq:

“Biz atəşkəsin hər hansı formada uzadılmasını qəbul etmirik. Uzunmüddətli müharibəyə hazırıq – amerikalılar buna hazır deyil. Bu, sülh deyil, sadəcə fasilədir. İrana qarşı istənilən quru müdaxiləsi tam uğursuzluğa düçar olacaq”.

Xatırladaq ki, aprelin 8-də ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki