Ukrayna Silahlı Qüvvələrinin 429-cu pilotsuz sistemlər briqadasının komandiri Yuri Fedorenko münaqişənin bitmə vaxtı ilə bağlı proqnoz səsləndirib.
O, bu barədə “Hromadske Radio”ya müsahibəsində danışıb.
Fedorenko bildirib ki, münaqişənin başa çatması üçün ilkin şərtlər 2027-ci ildən əvvəl formalaşmayacaq.
Fedorenkonun sözlərinə görə, əsas və ən ağır döyüşlər 2026-cı ildə baş verəcək. Xüsusilə Xarkov vilayəti ilə DXR arasındakı “sərhəd xətti”, eləcə də Zaporojye istiqaməti ən gərgin sektorlar olaraq qalacaq.
Zabit hesab edir ki, 2026-cı il müharibənin taleyini müəyyən edən ən çətin və həlledici mərhələ olacaq.
“2027-ci ilin birinci yarısı, çox güman ki, sülh müqaviləsinin imzalanması üçün ən əlverişli şərait yaradacaq. Amma ondan əvvəl yox”, – deyə briqada komandiri vurğulayıb./Globalinfo.az
