Sosial media fenomeni Rabia Karaca, narkotiklə bağlı aparılan istintaq çərçivəsində həbs olunub, lakin keçən ay azad edilib.
Referans Media xəbər verir ki, azadlığa çıxandan sonra ilk dəfə açıqlama verən Rabia Karaca, qaçaq iş adamı Murat Gülibrahimoğlu ilə iki il münasibət yaşadığını və bu müddətdə baş verənlərə şahid olduğunu söyləyib.
“O təyyarədə, Muratın həyatına şahid oldum. Muratın hər gün birlikdə olduğu qadınlardan biri idim. Yaşananlar üçün ən çox acı çəkən mənəm. Başqa bir mənada qiymətləndirməyə ehtiyac yoxdur.”
Rabia Karaca iddia edir ki, Murat Gülibrahimoğlu İBB-dən əldə etdiyi pullarla özünü və yaxın çevrəsini lüks həyatla təmin edib, onları xüsusi təyyarə ilə şəhərdən-şəhərə daşıyıb, bahalı əşyalar alıb.
Rabia Karaca, özü də narkotik bataqlığında olduğunu etiraf edib və keçmişdə yaşadıqlarına görə pişmanlığını ifadə edib.
O, Ekrem İmamoğlu ilə əlaqəli olduğu iddia olunan xüsusitəyyarənin arxa otağında cinsi məqsədli fəaliyyətlərin baş verdiyini bildirib.
Həmçinin Karaca, digər məşhur şəxslərin də bu hadisələrdə iştirak etdiyini və foto-video materiallarla bunu təsdiqləyə biləcəyini qeyd edib.
Rabia Karacanın açıqlamaları həm sosial mediada, həm də xəbər saytlarında geniş rezonans doğurub. Onun iddiaları, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı şübhəli maliyyə və lüks həyat faktlarını gündəmə gətirib.
