Sovet İttifaqı bir neçə amil səbəbindən dağılıb.
Referans Media xəbər verir ki, bunu Rusiya Elmər Akademiyasının akademiki Robert Niqmatulinin “RTVI”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, SSRİ-nin dağılmasının səbəbləri iqtisadi amillər, senzura və rejimin qəddarlığı idi.
O əlavə edib ki, insanlar Avropa ölkələrindəki həyat səviyyəsinə də həsəd aparmağa başlayıblar.
“Əlbəttə ki, liderlərimiz qocalıb. Heç nə dəyişməyib. Bu da narazılığa səbəb olub. Axı insanlar daha azad ölkədə yaşamaq istəyirlər”, – deyə Niqmatulin qeyd edib./Globalinfo.az
