backend

“Starlink” peyki parçalanıb: “SpaceX” açıqlama yaydı

“SpaceX” orbitdə yerləşən “Starlink” peyklərindən birində baş verən ciddi nasazlıqla bağlı açıqlama yayıb. Şirkət bildirib ki, anomaliya nəticəsində peyk üzərində nəzarət itirilib və o, parçalanaraq Yerə doğru hərəkət etməyə başlayıb.

 

Referans Media  xəbər verir ki, məlumata görə, rabitə kəsildikdən sonra “Starlink” peyki sürətlə hündürlüyünü itirib.

 

“SpaceX”in ilkin qiymətləndirməsinə əsasən, itki (itki sistemi) çənində baş verən boşalma və aşkarlanan qalıqlar peyk daxilində partlayışın baş verdiyini göstərib.

Hadisəni izləyən kosmik müşahidə şirkəti Leo Labs isə “Starlink 35956” nömrəli peyklə bağlı insidentin kənar obyektlə toqquşma nəticəsində deyil, “daxili enerji mənbəyindən qaynaqlanan” problem səbəbilə baş verdiyini açıqlayıb. Şirkətin radar şəbəkələri hadisədən dərhal sonra peykin ətrafında onlarla yeni parça qeydə alıb.
Qeyd olunub ki, insident Yer səthindən təxminən 418 kilometr yüksəklikdə yerləşən və artıq 24 mindən çox obyektin izlənildiyi sıx Aşağı Yer Orbitində baş verib.

 

“SpaceX” açıqlamasında nəzarətsiz qalan peykin Beynəlxalq Kosmik Stansiya üçün təhlükə yaratmadığını vurğulayıb. Bildirilib ki, peykdən qopan hissələrin böyük hissəsi yaxın bir neçə həftə ərzində Yer atmosferinə daxil olaraq yanacaq və tamamilə yox olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki