Sudanda mədəndə 23 nəfər zəhərlənərək öldü

  Sudanın Cənubi Kordofan əyalətində baş verən zəhərlənmə hadisəsi nəticəsində 23 nəfər həyatını itirib, 145 nəfər isə yaralanıb.

Referans xəbər verir ki, bu barədə “Əl-Arabiyyə” telekanalı məlumat yayıb.

Təqula mədənində baş vermiş hadisənin dəqiq səbəbi müəyyənləşməyib. İlkin məlumata görə, zəhərlənməyə səbəb sianidli tullantılar və ya xlordur.

Hadisədən sonra şəhərə giriş-çıxış dayandırılıb./teleqraf  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki